"Arsenal" "Real"la (Madrid) rəqabətə baxmayaraq, bu yay "Real Sosyedad" və İspaniya millisinin yarımmüdafiəçisi Martin Zubimendi ilə müqavilə bağlayacağına əmindir. Sport24.az xəbər verir ki, "topçular" 51 milyon funt-sterlinqə (təxminən 60,2 milyon avro) oyunçunun satın alma opsiyasını aktivləşdiriblər.

 

Xatırladaq ki, Zubimendi "Real Sosyedad"ın yetirməsidir.

 

Onun klubla müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Bu mövsüm 26 yaşlı müdafiəçi yarımmüdafiəçi bütün turnirlərdə 43 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə edib, həmçinin 10 sarı vərəqə alıb.