Azərbaycan 2-c liqasında 23-cü tur davam edir. Sport24.az xəbər verir ki, bu gün 1 matç oynanılıb.

 

"Şəki Siti" öz meydanında "Kür-Araz"ı darmadağın edib - 8:4.

 

Hazırda turnir cədvəlində "Şəki Siti" 18 xalla 10-cu, "Kür-Araz" isə 32 xalla 7-cidir.

 

Qeyd edək ki, daha əvvəl 2-ci liqada "Şahdağ Qusar" və "Şəfa" 1-ci liqaya vəsiqəni təmin edib.

 

29 aprel (çərşənbə axşamı)

 

"Şəki Siti" – "Kür-Araz" - 8:4

 

Qollar: T.Məmmədzadə, 22, 23, 31, 45+1, Ə.Tağızadə, 73, 79, 86, R.Otaraşvili, 90+2 - N.Məmmədov, 29, İ.Hüseynli, 33, A.Əsgərov, 40, M.Vəlizadə, 49

Qırmızı vərəqə: E.Həsənli, 81 ("Kür-Araz")

Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Nurlan Əhmədzadə, Kamil Aydınov

Şəki şəhər stadionu