"Neftçi" daha bir itki ilə üzləşib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Mustafa Sek cəzalı duruma düşüb.

Buna 29 yaşlı cinah müdafiəçisinin "Sumqayıt"la heç-heçə etdikləri Misli Premyer Liqasının 32-ci turunun oyununda sarı vərəqə alması səbəb olub. 

 

Cari mövsüm dördüncü dəfə bu halla üzləşən seneqallı oyunçu 33-cü turda "Kəpəz"lə oyunda iştirak edə bilməyəcək.

 

"Ağ-qaralar"da Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ryonosuke Ohori və Emin Mahmudov zədə səbəbindən "kimyaçılar"la görüşü buraxıblar. 

Qeyd edək ki, mayın 4-də baş tutacaq "Neftçi" - "Kəpəz" oyunu saat 20:00-da başlayacaq. Mustafa Sek cari mövsüm Premyer Liqada 24 oyunda meydanda olub.