Asiya Çempionlar Liqasında yarımfinal oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün keçirilən görüşdə "Əl-Hilal" "Əl-Əhli"yə 1:3 hesabı ilə uduzub.
Bu nəticə ilə "Əl-Əhli" adını finala yazdırmağı bacarıb.
Sabah isə Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" Bakı vaxtı ilə saat 20:30-da Yaponiyanın "Kavasaki Frontale" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal mərhələsində qarşılaşmalar bir oyun əsasında keçirilir.