Polşa millisi ciddi itkilərlə üzləşib. Sport24.az xəbər verir ki, Robert Levandovski və Karol Sviderski Türkiyəyə qarşı keçirilmiş yoldaşlıq görüşündə zədələnib. Hər iki futbolçu ilk hissədə məcburiyyətdən əvəzlənib.
"Barselona"nın forvardı oyun zamanı zədə alıb, Sviderski vurduqları qolu qeyd edərkən sıradan çıxıb. Belə ki, o, qolu qeyd etmək üçün tribunalara qaçsa da, ayağını qazona uğurusz qoyub və zədələnib.
Sviderski ağrısını gizlətmədən qazona yıxılıb. Onların Avropa çempionatının startına qədər hazır olub-olmayacaqları qarşıdakı günlərdə bəlli olacaq.
Qeyd edək ki, Polşa Almaniyada keçiriləcək Avropa çempionatında Niderland, Avstriya və Fransa ilə birlikdə D qrupunda yer alacaq.