"Beşiktaş" heyətini gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi "Başakşəhər"in hücumçusu Kristof Pionteklə maraqlanır.

 

"Beşiktaş" 29 yaşlı futbolçu üçün indidən danışıqlara başlayıb.

 

Polşa millisinin hücumçusu 2026-cı il iyunun 30-na qədər "Başakşəhər"ə məxsusdur.

 

O, 2023-cü il iyulun 18-dən həmin klubda çıxış edir. Polyak "Zaqlembe", "Krakoviya", "Cenoa", "Milan", "Herta", "Fiorentina", "Salernitana" klublarında da oynayıb.