Misli Premyer Liqasının XXXII turunun "Sabah" - "Qarabağ" oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- "Qarabağ"ı çempionluq münasibəti ilə təbrik edirəm. Bərabər səviyyədə oyun oldu. Bir xala layiq olduğumuzu düşünürəm.

 

- Bu komanda ilə kubokun finalında üz-üzə gələcəksiniz. Hansı qeydləriniz oldu?

- Bəli. Finalda hər şey ola bilər. Düzdür, "Qarabağ" favoritdir. Azərbaycan çempionatında hər rəqiblə 4 dəfə qarşılaşırsan və müəyyən qeydlərin olur.

 

- Finalda qələbə gəlmək gücündəsiniz?

- Bəli, əlbəttə. Bu, kubokdu və bir oyun olacaq. "Qarabağ" favoritdir, ancaq özümüzün də güclü tərəflərimizi bilirik.

 

- Avrokuboklara vəsiqə qazana bilməsəniz, gedəcəksiniz, ya qalacaqsınız?

- Heç nə deyə bilmərəm. Bu barədə rəhbərliklə birlikdə qərar verəcəyik.