"Real" İspaniya Kral Kubokunun finalında "Barselona"ya 2:3 məğlub olaraq titulu əldən verib. Sport24.az xəbər verir ki, madridlilərin yarımmüdafiəçisi Cud Bellingem oyunda hakimin qərarlarından razı olmadığını bildirib:
"Hər şey bizim əleyhimizə yozulur. Bütün mübahisəli epizodlar onların xeyrinədir".
Xatırladaq ki, "Real"ın 3 futbolçusu – Antoni Rudiger, Lukas Vaskez və Bellingem əlavə vaxtın sonunda hakimin qərarları ilə razılaşmadıqları üçün qırmızı vərəqə alıb.