"İnter"in hücumçusu Markus Trüamın aprelin 30-u Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qarşı ilk oyunu buraxacağı gözlənilir. Sport24.az xəbər verir ki, forvard daha əvvəl əzələsindən zədə almışdı.

 

Onun Kataloniya komandası ilə oyuna qədər sağalmağa vaxtı olmayacaq.

 

Fransız futbolçu mayın 3-də A Seriyasının 35-ci həftəsində "Verona" ilə matçı da buraxmaq riski daşıyır. Trüamın mayın 6-da Çempionlar Liqasında "blauqrana" ilə cavab oyununa vaxtında hazır olacağı gözlənilir.