"Fulhem" "Bavariya"nın yarımmüdafiəçisi Joao Palinya ilə yaxından maraqlanır. Sport24.az xəbər verir ki, İngiltərə klubu portuqaliyalı futbolçunun keçidini yayda reallaşdırmaq niyyətindədir.

 

Amma "Fulhem" 2024-cü ildə "Bavariya"nın ödədiyi transfer qiyməti qədər pul xərcləmək istəmir. 

 

Münhen təmsilçisi Palinyanı 35-40 milyon avroya satmağa razıdır. Qeyd edək ki, "Fulhem" 2024-cü il iyulun 11-də 29 yaşlı futbolçunu 55 milyon avro qarşılığında "Bavariya"ya satmışdı. Portuqaliya millisinin üzvü "Sportinq", "Moreyrense", "Belenenseş", "Braqa" klublarında da çıxış edib.