"Real"ın futbolçusu Antonio Rüdiger üzr istəyib. Sport24.az xəbər verir ki, müdafiəçi öz sosial şəbəkələrində İspaniya kubokunun "Barselona" ilə ötən gecə keçirilən final matçında (2:3) hakimə hücum etməsi və referiyə kənar əşya atması ilə bağlı paylaşım edərək bildirib: 

 

"Mənim dünənki davranışıma görə bəhanə yoxdur. Buna və hakimə qarşı etdiklərimə görə üzr istəyirəm. Biz 2-ci hissədən sonra çox yaxşı oynadıq. 111-ci dəqiqədə isə əvəz olundum və artıq komandama kömək edə bilmirdim. Oyunun sonuna qədər isə səhv buraxdım". 

 

Qeyd edək ki, Antonio Rüdiger sözügedən hərəkətlərinə görə matçın 120+3-cü dəqiqəsində qırmızı vərəqə alıb və 4 oyundan 12 oyuna qədər cəzalandırıla bilər.