"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Rodrinin klubdakı gələcəyi barədə danışıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə "Sky Sports"a açıqlama verib:

 

"Onun qalmasını çox istərdim. Rodri Rodridir. Yaşına baxmayaraq, o, daha müdrikləşib və oyunu daha yaxşı başa düşür.

Böyük səhnələrdə, çətin vəziyyətlərdə fərqlənən oyunçular var.  Berni, Ruben Dias kimi keçmişdə sahib olduğum bir çox oyunçular kimi Rodri də məsuliyyəti üzrinə götürə bilir. Bunu yalnız böyük şəxsiyyətlər bacara bilir". 

 

 Qeyd edək ki, yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi gələn yay başa çatır.