Son 10 mövsümdə səkkiz çempionliq yaşayan Fransanın PSJ klubu ümumi gəlirlərini 18 faiz artırıb. Sport24.az xəbər verir ki, pandemiyadan sonra azarkeşlərin tribunalara qayıtmasından əldə edilən gəlir bu göstəricidə böyük rol oynayır.
2021/22 mövsümündə 131 milyon avro oyun günü gəliri əldə edən PSJ Avropanın ən yaxşısı olmağı bacarıb. Klubun televiziyadan gələn yayım gəlirləri isə 31 faiz azalıb. Klubun ümumi gəlirinin 60 faizi ticarət gəliridir. Bu rəqəm olaraq 399 milyon avro təşkil edir. Paris klubunun forma tədarükündən əldə etdiyi gəlir isə 80 milyon avrodur. Bu da klub tarixinin ən bahalı forma müqaviləsidir. Klubun personal maliyyəsi isə 728 milyon avro hesablanır. Bu göstərici klubun ötən mövsümlə müqayisədə 45 faiz çoxdur. Liqa 1 çempionunun vergi sonrası zərəri isə 369 milyondur. Son üç mövsümdəki ümumi zərər isə 700 milyon avrodur. Klubun heyət dəyəri isə 1 milyard avrodan yuxarıdır. Son olaraq onu da qeyd edək ki, PSJ-nın sosial media hesablarındakı izlənmə sayı 180 milyona çatıb.