"Pafos"un baş məşqçisi Xuan Karlos Karsedo komandadan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Kipr klubunun rəhbərliyi, futbolçuları və azarkeşləri ilə vidalaşan ispan mütəxəssisin tezliklə Rusiya klubunun "sükanı arxasına" keçəcəyi gözlənilir.
"Marca" nəşri 52 yaşlı məşqçinin Moskva "Spartak"ı ilə anlaşdığını, artıq bu həftə Rusiya paytaxtına gələrək yeni müqaviləyə imza atacağını bildirib.