Futbol üzrə Niderland 2-ci liqasında 12-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Helmond” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Ozan da bu matçın iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

“Telstar” 12 oyuna topladığı 16 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.