"Olimpiakos" Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la  oyunöncəsi  daha bir itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Yunanıstan təmsilçisi müdafiə xəttində ciddi problem yaşayır.

Belə ki, Panayotis Retsosdan sonra digər mərkəz müdafiəçisi Usseynu Ba da sıradan çıxıb. Seneqal millisinin üzvü məşq zamanı zədələnib. Nəyicədə 27 yaşlı stopperin ölkə çempionatında “Atromitos” və Avropa Liqasında “Qarabağ”la matçlarda iştirakı sual altına düşüb.

Pireylilərin yeni baş məşqçi Miçelin sərəncamında hazırda cəmi 2 mərkəz müdafiəçisi var. Bunlar Pape Abu Sisse və Sokratis Papastatopulosdur. Həmçinin dayaq yarımmüdafiəçisi Yann Mvilanın da müdafiəyə çəkilməsi istisna edilmir.

Qeyd edək ki, “Olimpiakos”un qapıçısı Tomaş Vaçlik zədə səbəbindən təxminən 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq. Retsosun "Qarabağ"ın ilk matçı buraxacağıq dəqiqdii. Bu görüş oktyabrın 6-da Pireydə keçiriləcək