"Nyukasl"ın isveçli forvardı Aleksandr İsak "sağsağanlar"ın məşqinə çıxmır. Sport24.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçu artıq yeni müqavilə ilə bağlı razılığa gəldiyi "Liverpul"a keçəcəyini gözlədiyi üçün mövsümöncəsi oyunlarda iştirakdan imtina edib. Qeyd olunur ki, futbolçu əvvəllər fərdi plan əsasında evdə məşq edirdi. "Nyukasl"ın rəhbərliyi və məşqçilər korpusundan İsakın harada olduğunu heç kim bilmir.
Qeyd edək ki, "Liverpul" Luis Diasın satışından əldə etdiyi 65 milyon funt-sterlinqi (təxminən 74,1 milyon avro) İsakın transferinə yönəldəcək.