İngiltərənin iddialı klublarından olan "Nyukasl" yay "transfer pəncərəsi"ndə ciddi dəyişiklərə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Mail" məlumat yayıb.
Mənbənin sözlərinə görə, komandada yeddi futbolçunun yayda klubdan ayrılması gündəmdədir. Bu siyahıya Entoni Qordon, Sandro Tonali, Nik Voltemade kimi tanınmış oyunçular daxildir.
Bildirilir ki, komandanın baş məşqçisi Eddi Hau mövsümün yekunundan sonra heyətlə bağlı vacib qərarlar verməli olacaq. Xüsusilə, komandanın avrokuboklara vəsiqə qazana bilməyəcəyi təqdirdə genişmiqyaslı dəyişikliklərin baş verməsi istisna edilmir.
Qeyd edək ki, "Nyukasl" hazırda qeyri-sabit çıxışı ilə diqqət çəkir və bu səbəbdən yayda heyətin yenilənməsi ehtimalı yüksək qiymətləndirilir.