Bilbao "Atletik"inin 23 yaşlı yarımmüdafiəçisi Niko Uilyams "Barselona"dan aldığı transfer təklifinə niyə "yox" deməsindən danışıb. Sport24.az xəbər verir ki, o, bununla bağlı "GQ Sports"a açıqlama verib:

 

"Atletik" və "Bilbao" mənim üçün hər şeydir. Bu klubda və bu şəhərdə oynamaq mənə işin, təvazökarlığın və ailənin dəyərini anlamağa kömək edib".

 

Qeyd edək ki, Kataloniya klubu ötən yay Uilyamsı "rənglərinə bağlamaq" üçün çox səy göstərsə də keçid baş tutmadı. Yarımmüdafiəçi iyulda "Atletik" ilə müqaviləsinin müddətini 2035-ci ilə qədər uzadıb. Nikonun böyük qardaşı, 31 yaşlı hücumçu İnyaki Uilyams da Bilbao klubunun formasını geyinir.