Niderland millisinin və Almaniyanın "Bayer 04" klubunun qapıçısı Mark Flekken təxminən iki ay yaşıl meydanlardan kənarda qalacaq. Sport24.az xəbər verir ki, buna 32 yaşlı qolkiperin "Hoffenhaym"a uduzduqları (0:1) Bundesliqanın oyununda zədələnməsi səbəb olub.

 

Tibbi müayinədən sonra futbolçuya sağ dizində bağın yırtılması diaqnozu qoyulub. Bu isə o deməkdir ki, oyunçu təxminən iki ay meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, Mark Flekken cari mövsüm 26 matçda iştirak edib.