Bu gün Almaniyada təşkil olunan futbol üzrə qitə çempionatında ikinci finalçının adına aydınlıq gələcək. Sport24.az xəbər verir ki, yarımfinal mərhələsinin son matçında Niderland İngiltərə ilə qarşılaşacaq.
İngiltərə 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını mübarizədən kənarlaşdırıb.
Oyun saat 23:00-da Dortmund şəhərindəki "Siqnal İduna Park" stadionunda start götürəcək.
Qeyd edək ki, digər yarımfinalda Fransanı 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.
AÇ-2024, yarımfinal
10 iyul
23:00. Niderland – İngiltərə 1:2
Qol: Xavi Simons, 7 - Keyn, 18. Vatkins, 90
Baş hakim: Feliks Şvayer (Almaniya)
Dortmund, "Siqnal İduna Park"