"Santos"un hücumçusu Neymar hələ gələcəyi ilə bağlı qərar verməyib. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, 33 yaşlı braziliyalı hazırda bütün diqqətini "Santos"a yönəldib.
Qeyd edək ki, Neymar "Santos"a qayıtdıqdan sonra 7 oyuna çıxıb. Hücumçu bu matçlarda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.