“Neftçi”dən ayrılan Gilyerme Patonun yeni klubu bəlli olub.

Sport24.az xəbər verir ki, braziliyalı hücumameylli yarımmüdafiəçi ölkəsinin "Fiqeyrense" komandasına keçib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. C Seriyası təmsilçisi 23 yaşlı vingerlə 2024-cü ilin sonunadək müqavilə bağlayıb.

Xatırladaq ki, 2022-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş Gilyerme Pato bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.