Futbol üzrə Almaniya 3-cü liqasında 22-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Manhaym”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib. Komandasının 20-ci dəqiqə vurduğu ilk qolun məhsuldar ötürməsini də Nazarov verib.

“Ersgebirge” hazırda 24 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.