"Roma"nın və Ukrayna millisinin hücumçusu Artem Dovbik karyerasını "Napoli"də davam etdirə bilər. Sport24.az insayder Canluka Di Marsioya istinadən xəbər verir ki, Neapol klubu Romelu Lukakunun zədəsi səbəbindən ukraynalı ilə müqavilə imzalamağı düşünür.

 

Hər şey həkimlərin rəyindən asılıdır. Əməliyyata ehtiyac olacağı halda klub rəhbərliyi ukraynalı üçün hərəkətə keçəcək.

 

Qeyd edək ki, Dovbik 2024/25 mövsümündə klub səviyyəsində 45 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.