"Bavariya"nın müdafiəçisi Kim Min Jae karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Napoli" cənubi koreyalı futbolçunu geri qaytarmaq istəyir.

 

Neapol klubu keçən yay "Bavariya"ya satdığı futbolçunu icarəyə götürmək niyyətindədir. Almaniya nəhənginin rəhbərliyi Jaenin transferi üçün 50 milyon avro ödəyib.

 

Qeyd edək ki, 27 yaşlı müdafiəçi Bundesliqanın cari mövsümündə 21 oyun keçirib, 1 qol vurub. Onun Münhen təmsilçisi ilə müqaviləsi müddəti 2028-ci ilin yayında başa çatacaq.