Futbol üzrə Ukrayna Premyer Liqasında 10-cu turdan təxirə salınmış bir oyun keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv Lvov “Rux”unu qəbul edib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
 
“İnqulets” hazırda 25 xalla 16 kollektiv arasında 9-cu sırada qərarlaşıb.