Futbol üzrə Ukrayna Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv Donetsk “Şaxtyor”unu qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Nağıyev bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“İnqulets” hazırda 27 xalla 16 kollektiv arasında 11-ci sırada qərarlaşıb.