İngiltərənin "FourFourTwo" portalı müasir dünya futbolunun ən yaxşı sol cinah müdafiəçilərinin reytinqini tərtib edib. Sport24.az xəbər verir ki, birinci yeri PSJ-nin portuqaliyalı futbolçusu Nuno Mendeş tutub.

 

İkinci pillədə "Mançester Siti"dən xorvatiyalı Yoşko Qvardiol, 3-də isə "Bornmut"dan Miloş Kerkez qərarlaşıb.

 

İlk "10-luq"da həmçinin Federiko Dimarko ("İnter"), Alexandro Qrimaldo ("Bayer"), Alfonso Devis ("Bavariya"), Aleks Balde ("Barselona"), Teo Ernandes ("Milan"), Ferland Mendi ("Real") və Entoni Robinson ("Fulhem") yer alıb.

 

Qeyd edək ki, Mendes başa çatan mövsümdə klub səviyyəsində bütün yarışlarda 48 matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, həm də  Portuqaliya millisinin heyətində Millətlər Liqasının ən yaxşı oyunçusu seçilib.