Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Qazaxıstanın Atırau şəhərinə yola düşüb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

 

Yığma iyunun 22-dən 25-dək adıçəkilən şəhərdə baş tutacaq "Airom Cup" beynəlxalq turnirində iştirak edəcək.

 

Bu yarış Avropa çempionatı öncəsi əsas hazırlıq mərhələlərindən biridir.

 

Qeyd edək ki, U-16 turnirdə ilk oyunlarını 23 iyunda Qazaxıstan təmsilçiləri "Aul Sport" və "Barsy Atrau" klublarına qarşı keçirəcək.