"SKA-Xabarovsk" 26 yaşlı Kamran Əliyevlə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Futbolçu ilə yeni anlaşma 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, Kamran Əliyev "Ximki"nin yetirməsidir. Yarımmüdafiəçi Moskva vilayəti klubunun əsas heyətində 88 oyun keçirib və 15 qol vurub. O, karyerası ərzində Tula "Arsenal"ı və Azərbaycanda "Sumqayıt"ın formasını geyinib.