Albaniya Superkubokunun qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, həlledici qarşılaşmada millimizin müdafiəçisi Zamiq Əliyevin də formasını geydiyi "Eqnatiya" "Dinamo Tirana" ilə üz-üzə gəlib.
Görüş Tirana klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Zamiqin komandası superkuboku qazana bilməyib.
Qeyd edək ki, həmyerlimizin adı matçın iştirak ərizəsinə daxil edilməyib.