"Zirə"nin futbolçusu Rikardo Martines Quimanın da üzvü olduğu Mozambik millisi Afrika Millətlər Kubokunda 2-ci tur matçına çıxıb. Sport24.az xəbər verir ki, F qrupunda mübarizə aparan komanda Qabonla qarşılaşıb.
Görüş Mozambik millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Rikardo Martines də bu matçda iştirak edib. 30 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.
2 turdan sonra 3 xalı olan Mozambik millisi qrupda üçüncü pillədə qərarlaşıb. Komanda növbəti görüşünü dekabrın 31-də Kamerun millisinə qarşı keçirəcək.