Afrika Millətlər Kubokunda 2-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün B qrupunda Benin və Botsvana milli komandaları üz-üzə gəlib.

 

Qarşılaşma birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Benin yığmasında Azərbaycan Premyer Liqasında çıxış edən bir futbolçu da meydana çıxıb. "Neftçi"nin yarımmüdafiəçisi Sessi Dalmeyda matça start heyətində başlayıb. 30 yaşlı futbolçu 54-cü dəqiqədə əvəzlənib.

 

"Sumqayıt"da çıxış edən Abdul Raşid Mumini isə bu görüşdə iştirak etməyib. 21 yaşlı sol cinah müdafiəçisi sona qədər ehtiyatda qalıb.

 

2 turdan sonra 3 xal toplayan Benin seçməsi B qrupunda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.