Türkiyə çempionatının lideri olan "Qalatasaray" "Everton"un müdafiəçisi Vitaliy Mikolenkoya maraq göstərir. Sport24.az xəbər verir ki, İstanbul nəhənginin rəhbərliyi ukraynalı futbolçunun transferini prioritet variant kimi nəzərdən keçirir.

 

Bu barədə "Fotospor" məlumat yayıb.

 

"Sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk ukraynalı oyunçunun universallığını yüksək qiymətləndirir. Mikolenko həm sol cinah müdafiəçisi, həm də mərkəz müdafiəçisi mövqeyində çıxış edə bilir.

 

Mikolenkonun İngiltərə klubu ilə müqaviləsi 30 iyun 2026-cı il tarixinədək qüvvədədir. "Transfermarkt" portalı 26 yaşlı sol cinah müdafiəçisinin transfer dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

 

Qeyd edək ki, Ukrayna millisinin üzvü olan Vitaliy Mikolenko bu mövsüm"Everton"un heyətində 16 oyunda meydana çıxıb.