Fransalı mütəxəssis Zinəddin Zidan "Real"a qayıda bilər. Sport24.az xəbər verir ki, "kral klubu"nun prezidenti Florentino Peres Zidanın komandaya qayıdışında şəxsən maraqlıdır və onun baş məşqçi postuna gətirilməsini istəyir.

 

Ancaq bu planın reallaşması üçün Zinəddin Zidan Fransa millisində çalışmaq perspektivindən imtina etməli olacaq. Mütəxəssis hazırda 2026-cı il dünya çempionatından sonra Fransa yığmasına baş məşqçi təyin olunacağına ümid edir.

 

"Real" Zidanın rəhbərliyi altında ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Hazırda isə "kral klubu"nun baş məşqçisi postunu ispan mütəxəssis Xabi Alonso tutur. O, komandaya bu ilin yayından rəhbərlik edir.