"Qalatasaray" "Zenit"in 28 yaşlı mərkəz müdafiəçisi Ninonu istəyir. Sport24.az xəbər verir ki, Türkiyə çempionu braziliyalı üçün danışıqlara başlayıb.

 

Daha əvvəl oyunçunun "Kruzeyro", "Fluminense" və "Palmeyras"ın da maraq dairəsində olduğu bildirilirdi.

 

Nino 2024-cü ilin qışında "Fluminense"dən Sankt-Peterburq klubuna keçmişdi. Bu müddət ərzində müdafiəçi bütün yarışlarda 68 oyunda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə etmişdi.

 

Onun klubla hazırkı müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir. "Qalatasaray"la yanaşı "Olimpiakos" da Nino üçün danışıqlar aparır.

 

2024-cü ildən "Zenit"də çıxış edən braziliyalının müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Nino "Krisiuma", "Fluminense" komandalarında oynayıb.