Mövsümün ikinci yarısı üçün heyəti gücləndirmək istəyən "Kəpəz" artıq bir futbolçu ilə ortaq məxrəcə gəlib. Bu barədə "Sport"24.az-a kluba yaxın mənbədən məlumat daxil olub.

 

Mənbəmizin sözlərinə görə, "sarı-göylər" "Turan Tovuz"un yarımmüdafiəçisi Veysəl Rzayevlə danışırları yekunlaşdırıblar. "Boz qurdlar"ın 77 nömrəsi yanvardan onra Gəncə təmsilçisinin uğurları üçün tər tökəcək. 

 

Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsümdə "Turan Tovuz"un heyətində cəmi 307 dəqiqə meydanda olub. Yarımmüdafiəçi Premyer Liqada 127, ölkə kubokunda 180 dəqiqə forma geyinib.