"Arsenal" "Milan"ın müdafiəçisi David Bartesagini "rənglərinə bağlamağı" düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Caughtoffside" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, London klubunun baş məşqçisi Mikel Arteta sol cinah müdafiəçilərini yaxından izləyir və 19 yaşlı italyan oyunçu yanvarda sərəncamında görmək istəyir. "Milan" isə oyunçunu 45 milyon avroya satmağa hazırdır.

 

Müdafiəçinin "Mançester Siti" və "Real"ın da maraq dairəsində olduğu bildirilir.

 

Qeyd edək ki, Bartesagi 2025/26 mövsümündə 13 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.