"Sabah" Azərbaycan basketbolu tarixində ilk dəfə FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə mübarizə aparacaq. Sport24.az.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qrup mərhələsinin püşkatma mərasimi iyulun 2-də İsveçrənin Lozanna şəhərində atılacaq.

 

"Sabah" indiyə qədər FIBA Çempionlar Liqasının təsnifat mərhələsində iştirak etsə də, heç vaxt müntəzəm mövsümə vəsiqə qazana bilməyib.

 

Qeyd edək ki, müntəzəm mövsümü oktyabrın 7-də start veriləcək.