Basketbol üzrə İsrail çempionatının final seriyası ləğv edilib. Sport24.az xəbər verir ki, liqa rəhbərliyi bu qərarı İranla münaqişəyə görə verib və məlumat yayıb:
"Çempion yalnız meydanda müəyyənləşməlidir. Final seriyası başa çatmayınca çempion elan olunmayacaq".
Qeyd edək ki, "Makkabi" və "Hapoel" komandaları arasında keçirilən final seriyası 1:1 hesablı bərabərliklə başa çatıb. Üçüncü və həlledici görüş iyunun 15-də Təl-Əvivdə keçirilməli idi.