"Brentford"un yarımmüdafiəçisi Kristian Nerqor karyerasını başqa klubda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 31 yaşlı danimarkalı ilə "Arsenal" maraqlanır. Londonlular yarımmüdafiə xəttini gücləndirmək istəyirlər.
Qeyd edək ki, futbolçu ötən mövsüm "Brentford"un heyətində 35 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.