İngiltərənin "FourFourTwo" portalı müasir dünya futbolunun ən yaxşı mərkəz müdafiəçilərinin reytinqini tərtib edib. Sport24.az xəbər verir ki, birinci yeri "Liverpul"un niderlandlı futbolçusu Vircil van Deyk tutub.
İlk "10-luq"da həmçinin Uilyam Saliba (Arsenal), Alessandro Bastoni (İnter), Qabriel Maqalays (Arsenal), İbrahim Konate (Liverpul), Antonio Rudiger (Real), Markinyos (PSJ), Pau Kubarsi (Barselona), Din Heysen (Real) və Ruben Dias (Mançester Siti) yer alıb.
Qeyd edək ki, başa çatan mövsümdə van Deyk bütün turnirlərdə 49 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.