ABŞ millisinin futbolçusu Kristian Pulişik KONKAKAF Qızıl Kubokunda iştirak etməyəcək. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
"Milan"da çıxış edən amerikalı cinah oyunçusu mövsümün yorucu keçməsini əsas gətirərək məşqçilər korpusundan istirahət istəyib. Onun eyni zamanda bud nahiyəsində də ağrılar olduğu bildirilir.
Pulişiç bu mövsüm "Milan"la 49 oyunda 17 qol vurub, 12 məhsuldar ötürmə edib.