"Qalatasaray" futbolçusunu icarəyə göndərməyi planlaşdırır. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi danimarkalı müdafiəçi Elis Jelerti bir mövsümlük icarəyə verməyə hazırdır.

 

Onun xidmətində isə sabiq komandası "Kopenhagen" maralqıdır. Jelertin elə Danimarka klubuna 1 illik icarəyə veriləcəyi gözlənilir.

 

O, bu mövsümün əvvəlində "Kopenhagen"dən "Qalatasaray"a keçmişdi. 21 yaşlı futbolçunun Türkiyə klubu ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.