"Real"ın ikinci komandası olan "Kastilya"nın baş məşqçisi Raul Qonsales klubdan ayrılır. Sport24.az xəbər verir ki, onu "Real"ın digər sabiq futbolçusu Alvaro Arbeloa əvəzləyəcək.

 

Hazırda klubun U-19 komandasının baş məşqçisi olan Arbelonanın yeni mövsümdən "Kastilya"nı çalışdıracağı bildirilib.

 

42 yaşlı Arbeloa "Real"ın heyətində 2001–2006 və 2009–2016-cı illər aralığında çıxış edib. 2017-ci ildə futbolçu karyerasını başa vuran sabiq müdafiəçi daha sonra məşqçilik fəaliyyətinə başlayıb.

 

Raul Qonsales isə 2019-cu ildən "Kastilya"nın baş məşqçisidir.