Belçika təmsilçisi "Antverpen"in 17 yaşlı hücumçusu Corc İlenixena karyerasını "Monako"da davam etdirəcək. Sport24.az xəbər verir ki, Fransa klubu bu transfer üçün təxminən 20 milyon avro xərcləyəcək.

 

Nigeriyada anadan olan forvard 3 yaşında valideynləri ilə birgə Fransaya köçüb. O, 2023-cü ilin yayında "Antverpen"ə keçib.

 

Qeyd edək ki, hücumçu son mövsümdə Belçika çempionatında 50 oyunda 14 dəfə fərqlənib.