"Liverpul"un hücumçusu Mohamed Salah İngiltərə Premyer Liqasının tarixinə düşüb. Sport24.az xəbər verir ki, misirli futbolçu "Tottenhem"lə görüşdə iki rekorda imza atıb.
O, İngiltərə çempionatlarında ardıcıl 4 mövsümdə 10 qol+10 ötürmə edən ilk futbolçu olub. Salah Milad Bayramına kimi Premyer Liqada 15 qol vurub və 11 ötürmə verən ilk oyunçu kimi adını tarixə yazdırıb.
Qeyd edək ki, bütün turnirlərdə keçirdiyi 23 oyunda 18 qol vurub və 13 ötürmə ilə yadda qalıb.