Amerika Futbol Liqası (MLS) 2027-ci ildən etibarən təqvimdə dəyişiklik edəcək. Sport24.az "The Athletic"ə istinadən xəbər verir ki, liqa iyul ayında başlayacaq və mayda bitəcək. Bununla da MLS Avropa tipli mövsüm formatına keçəcək.

 

Liqa rəhbərliyi dekabrdan fevrala kimi qış tətili tətbiq etməyi planlaşdırır. Pley-offlar isə mayda baş tutacaq.

 

Qeyd edək ki, hazırda MLS-də mövsüm fevralda başlayır və oktyabra qədər davam edir. Pley-off oyunları isə noyabr və dekabrda keçirilir.