Azərbaycanın qadın şahmatçılardan ibarət millisi Linaresdə (İspaniya) təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində Qazaxıstan komandası ilə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, hər iki görüş yığmalar iki qarşılaşma keçiriblər.
Hər iki görüş 2:2 hesabı ilə yekunlaşdığından qalibin adı taybrekdə müəyyənləşib. Millimiz bu mərhələdə güclü olub - 3:1.
Digər yarımfinalda Çindən üstün olan FİDA komandası həlledici görüşdə yığmamızla üz-üzə gələcək.